Şimanskiyə İngiltərə və İtaliyadan təkliflər
13.10.2023 - 13:28
Şimanskiyə İngiltərə və İtaliyadan təkliflər

Şimanskiyə bu dəfə İngiltərə nəhəngi elçi düşdü. 

Apasport.az xəbər verir ki, İtaliyanın “Napoli” komandasının addım-addım izlədiyi Şimanski, indi də Qalatasarayın ÇL-dakı rəqibi “Mançester Yunayted”in radarına düşüb.
“Qırmızı şeytanlar” polşalı cinah oyunçusuna 25 milyon avro təklif etməyə hazırdır. Təklif üçün yanvar ayını gözləyən "mankunyanlar" gənc yarımmüdafiəçi ilə orta xətdə dinamika axtarışındadır.

Qeyd edək ki, Şimanski 12 sentyabrda Avropa çempionatının seçmə qrup mərhələsində Polşanın Farer adaları ilə oyununda komandasının ilk qolunu vurub.

writer photo
Əlirza Əlirzalı
0