Azərbaycan idmançısı Avropa ikincisi olub
14.08.2024 - 21:20
Latviyanın Jelqava şəhərində 100 xanalı dama üzrə gənclər arasında üç proqramdan ibarət olan (klassik, sürətli, blits) Avropa birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, yarışda respublikamızı kadetlər arasında (16 yaşa qədər) dəfələrlə Azərbaycan və beynəlxalq turnirlərin mükafatçısı Banu Əli təmsil edib.
Sürətli proqramda 32 nəfərdən ibarət olan turnirdə 9 turdan 13 xal yığan Azərbaycan idmançısı Avropa birinciliyinin gümüş medalını qazanıb.
0
0