Malinovski PLANI
20.11.2022 - 00:34
Malinovski PLANI

“Atalanta” futbolçusu Ruslan Malinovski ilə vidalaşmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, ukraynalı yarımmüdafiəçi artıq qışda komandadan ayrıla bilər.

O, baş məşqçi Can Pyero Qasperininin planlarına daxil deyil. Onun transferə çıxarılması nəzərdə tutulub. Malinovski kimi Jeremi Boqanın da İtaliya klubundan gedəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildən Berqamo təmsilçisində çıxış edən Malinovski 142 matçda 30 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0