“Zirə” ilə oyundan sonra bərpa məşqi keçirən və bir günlük istirahətə yollanan “Araz-Naxçıvan” bu gün yenidən bir araya gəlib.
Apasport.az xəbər verir ki, bunu Muxtar Respublika təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqdən əvvəl Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, futbolçulara müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər haqqında qısa məlumat verilib. Daha sonra futbolçular məşqçilər korpusunun tapşırıqlarını icra ediblər. Heyətdə cəzalı və zədəli futbolçu olmadığından komanda tam heyətlə hazırlaşıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında növbəti oyununu dekabrın 15-də “Sabah”a qarşı keçirəcək. “Dalğa Arena”da baş tutacaq və saat 15:00-da başlayacaq oyuna giriş sərbəst olacaq.