"Sabah" Litva klubuna uduzdu
09.09.2024 - 10:55
“Sabah” basketbol klubu Litvada təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Jalqris”lə qarşılaşan “bayquşlar” 62:94 hesabı ilə uduzub. Bundan əvvəl Rimas Kurtinaitisin komandası Almaniyanın “Rostok Seawolves” klubuna (72:71), həmçinin Litvanın “Neptunas” (82:71) və “Makeykyay” klubuna (76:57) qalib gəlib, yerli “Yovanaya” uduzmuşdu (68:97).
Xatırladaq ki, Azərbaycan çempionu sentyabrın 17-də oyunlarına start veriləcək Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşır.
0
0