“Zirə”dən getdi, “Turan-Tovuz”a keçdi
11.08.2023 - 20:41
“Zirə”dən getdi, “Turan-Tovuz”a keçdi

“Zirə” Slavik Alxasovla yollarını ayırıb.

Apasport.az saytı xəbər verir, tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.

30 yaşlı futbolçu paytaxt klubunda bir mövsüm keçirib. Artıq Alxasovun yeni klubu da məlumdur. O, “Turan-Tovuz”la bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Slavik “Sumqayıt”, “Xəzər-Lənkəran”, “Keşlə”, Sabah klublarında da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0