Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” heyətini gücləndirmək istəyir.
Apasport.az saytına verilən məlumata görə, “kimyaçılar”ın transfer siyahısında bir çox hücumçu yer alıb.
Onlardan birinin adı artıq dəqiqləşib. Belə ki, Matar Diaye “Sumqayıt”a keçə bilər.
Mərkəz hücumçusu hazırda İsveçrənin “Bellintsona” klubuna məxsusdur. 26 yaşlı forvardın 2025-ci il iyunun 30-na qədər bu klubla müqaviləsi var. Amma “Sumqayıt” onun keçidini həll etmək niyyətindədir.
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək klub seneqallını bu yay heyətinə qatmağı planlaşdırır.
İtaliya futbolunun yetirməsi karyerası ərzində “Torino”, “Tarşin”(Malta), “Este”(İtaliya), “Olimpik”(Donetsk), “Karpatı”(Ukrayna), “Qoritsa”(Xorvatiya), “Debretsen”(Macarıstan, “KuPS”(Finlandiya) komandalarında oynaylb.
Ötən yay isə İsveçrənin “Bellintsona” komandasına keçib.