Ronaldoya şərik oldu
27.11.2022 - 02:13
Argentinalı Lionel Messi daha bir statistikada liderə çatıb.
Apasport.az saytı xəbər verir ki, ulduz futbolçu Argentina - Meksika matçının ən yaxşı futbolçusu seçilməklə bunu bacarıb.
O, mundiallar tarixində bu mükafata ən çox sahib olan portuqaliyalı Kriştianu Ronaldoya yetilib. Hər iki futbolçu 7 dəfə qarşılaşmanın ən yaxşısı olub.
Qeyd edək ki, Aryen Robbendə (Niderland) bu göstərici 6-ya, uruqvaylı Luis Suaresdə 5-ə bərabərdir.
0
0