"Barselona" Devisdən əl çəkmir
20.02.2024 - 10:02
"Barselona" Devisdən əl çəkmir

"Barselona"nın Alfonso Devis israrı davam edir.

Apasport.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko kanadalı futbolçunun agenti ilə görüşüb.

Görüşün detalları barədə açıqlama verilməyib. La Liqa təmsilçisi "Bavariya"nın müdafiəçisini yayda komandaya cəlb etməkdə qərarlıdır. Onlar 23 yaşlı arxa xətt oyunçusunun komandanı gücləndirəcəyinə inanırlar.

Qeyd edək ki, Devisin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

writer photo
Əlirza Əlirzalı
0