Benzema “Əl-İttihad”da
06.06.2023 - 22:22
Benzema “Əl-İttihad”da

Kərim Benzemanın “Əl-İttihad”a keçidi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, bu barədə klubun tvitter səhifəsi paylaşım edib. 

35 yaşlı hücumçü Səudiyyə Ərəbistanı klubu ilə iki illik müqavilə imzalayıb. Fransalı forvard bu müddət ərzində 200 milyon avro qazanacaq.

Qeyd edək ki, Benzema 14 ildən sonra “Real”dan ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0