Premyer Liqa klubunun baş məşqçi planı
19.12.2023 - 12:29
Nunu Eşpiritu Santu karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Nottinhem Forest”in baş məşqçisi ola bilər.
Premyer Liqa klubunun rəhbərliyi Stiv Kuperlə vidalaşmağa hazırlaşır. Onu 49 yaşlı mütəxəssis əvəz edəcəyi gözlənilir
Qeyd edək ki, Nunu Premyer Liqada “Vulverhempton” və “Tottenhem”i çalışdırıb. Onun son iş yeri “Əl-İttihad” olub.
0
0