Duşan Vlahoviç=Romelu Lukaku+40 milyon avro
01.08.2023 - 21:38
Duşan Vlahoviç=Romelu Lukaku+40 milyon avro

Romelu Lukakunun transfer macəraları davam edir.

Apasport.az-ın məlumatına görə, “Yuventus” “Çelsi”yə yeni transfer layihəsi təklifi hazırlayıb.

London klubu öz növbəsində “Yuve”nin hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istəyir. Bu transferin həyata keçməsi ücün “Qoca Sinyora” belçikalı hücumçu və 40 milyon avro tələb edir. Turinlilər serbiyalı forvardı 75-80 milyondan ucuz satmaq niyyətində deyil. Hələlik, “Çelsi” bu təklifə cavab verməyib. Lukakudan canını qurtarmaq istəyən londonlular bir çox variantları nəzərdən keçirirlər.

Qeyd edək ki, Lukaku son mövsümü icarə əsasında “İnter”də keçirib. Romelunun Milan klubuna keçməsi gündəmdə olsa da, “Yuventus”la danışıqlar vəziyyəti gərginləşdirib.
 

writer photo
Əlirza Əlirzalı
0