“Mançester Yunayted”dən Obameyanq təklifi
27.08.2022 - 10:05
“Mançester Yunayted”dən Obameyanq təklifi

“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

İngiltərə klubu Obameyanq üçün rəsmi təklif də göndərib. Hücum xəttini gücləndirmək istəyən mançesterlilər “Barselona”dan cavab gözləyir.

Qeyd edək ki, Obameyanq digər iddialı klubların, o cümlədən “Çelsi”nin da hədəfindədir.
 

writer photo
Əlirza Əlirzalı
0