Qvineyalı ulduz "Borussiya"da
18.07.2024 - 22:27
Qvineyalı ulduz "Borussiya"da

Almaniyanın "Borussiya" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Dortmund təmsilçisi "Ştutqart"dan Seru Qirassini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" qvineyalı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Sarı-qaralar" bu transfer üçün qarşı tərəfə 17,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Ştutqart" Seru Qirassini 2022-ci ilin yayında "Renn"dən transfer etmişdi. Təcrübəli hücumçu ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 30 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0