“Ankaragücü” – “Rizəspor” qarşılaşmasında hakimi döyənlər arasında yer alan 3 nəfərdən ikisi saxlanılaraq polis şöbəsinə aparılıb.
Apasport.az xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazir hadisənin əsas səbəbkarlarından olan “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın xəstəxanada polis nəzarətində müalicəsinin davam etdiyini bildirib: “Faruk Koca nəzarətimiz altındadır. Müalicəsi bitdikdən sonra onunla bağlı prosesə start verəıcəyik”.
İddialara görə saxlanılanlardan biri paytaxt klubunun şöbə müdiridir.
Qeyd edək ki, Türkiyə Superliqasının dünən axşam oynanılan “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra qarşılaşmanın baş hakimi Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Kocanın hücumuna məruz qalıb. Prezidentin yumruqla vurduğu referi yerə yıxılıb. Bu zaman ətrafdakı insanlar hakimi yerdə təpikləməyə başlayıblar.