“Tottenhem” yeni mövsümdə ÇL-də oynaya bilməyəcək - SƏBƏB
14.05.2023 - 13:08
“Tottenhem” yeni mövsümdə ÇL-də oynaya bilməyəcək - SƏBƏB

“Tottenhem” Çempionlar Liqasına vəsiqə şansını itirib.

Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu Premyer Liqanın XXXVI turunda "Aston Villa"ya uduzduqdan sonra bu hüquqdan məhrum olub.

Komanda sona iki tur qalmış 57 xalla turnir cədvəlinin 6-cı pilləsində yer aldığından Çempionlar Liqasına vəsiqə verən “dördlüy”ə çata bilmir. Dördüncü pillədə qərarlaşan "Mançester Yunayted"in “Tottenhem”i 11 xal qabaqlayır.

Qeyd edək ki, “Aston Villa” – “Tottenhem” maçı 2:1 hesablı qələbəsi ilə bitib.

writer photo
Əlirza Əlirzalı
0