Belarusla oyunumuzda nəyə ümid edək? – TENDENSİYALAR
06.06.2022 - 16:16
Belarusla oyunumuzda nəyə ümid edək? – TENDENSİYALAR

Bu gün Millətlər Liqasının II turunda üz-üzə gələcək Belarus və Azərbaycan yığmaları indiyədək 4 dəfə görüşüb.

Apasport.az saytının məlumatına görə, əvvəlki qarşılaşmalarda maraqlı tendensiya yaşanır.

İndiyədək meydan sahibi olan komanda heç vaxt qalib gəlməyib: 1 heç-heçə, 2 məğlubiyyət. Bir yoxlama matçı isə Bolqarıstanda neytral meydanda təşkil olunub. 

Bu da o deməkdir ki, Serbiyanın Novi-Sad şəhərindəki matçda qonaq olacaq Canni de Byazinin yetirmələri uduzmayacaq. Düzdür, ilk baxışdan bu oyunun da neytral meydanda keçirildiyini düşünənlər ola bilər. Amma qarşılaşmanın rəsmi meydan sahibi Belarusdur və ikinci dövrədə komandalar Bakıda üz-üzə gələcək.

Heç-heçə bitən qarşılaşmada da qollar vurulub. Yəni səfərdə oynayan komanda daim qol vurur.

Belarusla Azərbaycan yığmalarının əvvəlki qarşılaşmalarına əsasən bu matçda qonaqların qol vuracağı və uduzmayacağını proqnozlaşdırmaq olar.

Qeyd edək ki, əvvəlki görüşlərdə Azərbaycan 2, Belarus 1 qələbə qazanıb, 1 matç heç-heçə bitib. Millimiz 5 qol vurub və 4-nü buraxıb.

27 may 1996. Molodeçno. Yoldaşlıq oyunu. Belarus – Azərbaycan - 2:2
26 fevral 2001. Albena (Bolqarıstan). Yoldaşlıq oyunu. Belarus – Azərbaycan - 0:1
23 mart 2018. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan - Belarus - 0:1
2 iyun 2021. Minsk. Yoldaşlıq oyunu. Belarus - Azərbaycan – 1:2

Tarixin proqnozu: X2 və qonaqlar 0,5 ÜST
 

writer photo
Əlirza Əlirzalı
0