“Qəbələ” AFFA-dan cavab gözləyir – başqa əlacı yoxdur
15.07.2022 - 16:18
“Qəbələ” AFFA-dan cavab gözləyir – başqa əlacı yoxdur

“AFFA ilə apardığımız danışıqlarda hələlik heç bir yenilik yoxdur”.

Apasport.az xəbər verir ki, bu sözləri “sportinfo”ya “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Klub funksioneri bildirib ki, federasiyanın onlara ayıracağı yardım paketinin məbləği dəqiqləşməyib.

O, yaranmış qeyri-müəyyənlikdən narahat olduqlarını, bununla belə, gözləmə mövqeyində dayandıqlarını söyləyib: “Başqa əlacımız da yoxdur. Çünki AFFA-nın özü də prosesin uzanmasının səbəbini bilmir. Onlar da gözləyir. Əlbəttə, biz istəyirik ki, büdcəni bilək və işimizi ona uyğun olaraq quraq”.

writer photo
Əlirza Əlirzalı
0