Turin klubunu “İnter”ə dəyişir
18.06.2022 - 22:53
Turin klubunu “İnter”ə dəyişir

“Torino”nun müdafiəçisi Qleyson Bremer klubunu dəyişir.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu növbəti mövsümdən “İnter”in formasını geyinməyə hazırlaşır.

25 yaşlı oyunçu “neradzurra” ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Anlaşmaya əsasən, mərkəz müdafiəçisi “İnter”lə 5 illik müqavilə bağlayacaq və hər ilinə 3 milyon avro maaşla alacaq. 

Yaxın günlərdə iki klub rəsmiləri bir araya gələrək keçidi həll etməyə çalışacaq. Bu transferin turinlilərə 35-40 milyon avro qazandırması gözlənilir.

Qeyd edək ki, Qleyson Bremer 2018-ci ildən “Torino”nun formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0