“Neftçi” Lebon barədə qərarını verdi
12.03.2024 - 20:41
“Neftçi” Lebon barədə qərarını verdi

“Neftçi” aparıcı oyunçularından birini komandada saxlamaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” müqaviləsi mövsümün sonunda başa çatacaq Kilan Lebonla yollarını ayırmaq niyyətində deyil.

Buna görə də, yarımmüdafiəçi ilə danışıqlara start veriləcək. “Neftçi” onun müqavilə müddətini ən azından bir illik artırmağı planlaşdırır.

Komandanın baş məşqçisi Miodraq Bojoviç də qarşıdakı mövsümdə Lebonu sərəncamında görməkdə maraqlıdır.

26 yaşlı futbolçu “Neftçi”yə 2023-cü il yanvarın 19-da “Astana”dan keçib. Qeyd edək ki, Lebon karyerası ərzində “Paris”, “Şambli”, “Yonq Utrext”, “Qazelek Ayaçço”, “Kretey”, “Beroe”, “Astana” klublarının formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0