“Çelsi”dən 75 milyonluq təklif hazırlığı
26.08.2022 - 11:54
“Çelsi”dən 75 milyonluq təklif hazırlığı

“Çelsi” “Lester”in müdafiəçisi Uesli Fofanadan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa nəhəngi bu transfer üçün astrnomik məbləğ ayırıb.

Londonlular fransalının keçidi müqabilində qarşı tərəfə 75 milyon funt sterlinq təklif ödəməyə hazırdır. 21 yaşlı oyunçu özü də “Çelsi”yə keçmək istəyir. “Tülkülər” isə müdafiəçinin gələcək taleyi ilə bağlı yekun qərarı bu təklifi alanda verəcək.

Qeyd edək ki, Uesli Fofana bu mövsüm “Lester”in heyətində Premyer Liqada 2 oyun keçirib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0