2022-ci ilin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ilin dünya yığmasını İFFHS tərtib edib.
Heyət 4-3-3 sxemi ilə qurulub. Fransa, Belçika və Xorvatiyanın hərəsindən iki futbolçu “11-lik”də yer alıb.
Qapıçı: Tibo Kurtua (Belçika, “Real”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, PSJ), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Vircil van Deyk (Niderland, “Liverpul”), Alfonso Devis (Kanada, “Bavariya”);
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, “Real”), Kevin de Breyne (Belçika, “Mançester Siti”), Lionel Messi (Argentina, PSJ);
Hücumçular: Erlinq Haland (Norveç, “Borussiya” D/“Mançester Siti”), Kərim Benzema (Fransa, “Real”), Kilian Mbappe (Feansa, PSJ).