Ronaldo daha bir mükafata namizəd oldu
04.09.2023 - 09:36
Ronaldo daha bir mükafata namizəd oldu

Kriştiano Ronaldo daha bir mükafata sahib ola bilər.

Apasport.az saytı xəbər verir ki, "Əl Nəsr"in kapitanı Qərbi Asiyada avqustun oyunçusu mükafatına namizəd olub.

38 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasında 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Forvard III turda “Əl-Fateh”lə (5:0) matçda het-trik, IV turda “Əl-Şəbab”la qarşılaşmada (4:0) isə dubl edib.

Qeyd edək ki, Ronaldo daha öncə Səudiyyə Ərəbistanında avqustun ən yaxşı oyunçusu seçilib.

writer photo
Əlirza Əlirzalı
0