Qvardiolanın rəqibi yoxdur: Növbəti rekord
23.12.2023 - 12:59
Qvardiolanın rəqibi yoxdur: Növbəti rekord

Pep Qvardiola rekordları yeniləməyə davam edir.

Apasport.az xəbər verir ki, o, məşqçi kimi klublararası dünya çempionatında ən çox qalibiyyət rekorduna sahibdir.

Dünən axşam 52 yaşlı mütəxəssisin sükanı arxasında olduğu “Mançester Siti” çempionatın finalında Braziliyanın “Fluminense” klubuna qalib gələrək (4:0) Klublararası Dünya Kuboku-2023-ün qalibi oldu. Bu ispaniyalının sözügedən turnirdə sayca 4-cü qələbəsi kimi yadda qalıb.
 
Xatırladaq ki, Qvardiola daha öncə “Barselona” (2009, 2011) və “Bavariya” (2013) ilə klublararası dünya çempionatının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0