Qvardiola: “Çempionlar Liqasını qazanmaq istəyən “Real” səddini keçməlidir”
20.04.2023 - 12:04
Qvardiola: “Çempionlar Liqasını qazanmaq istəyən “Real” səddini keçməlidir”

“Çempionlar Liqasını qazanmaq istəyən komanda “Real” səddini keçməlidir”.

Apasport.az saytı xəbər verir ki, bunu qitənin ən mötəbər klub turnirindəki növbəti rəqibini dəyərləndirən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

52 yaşlı mütəxəssis “Real”la yarımfinal oyunlarını şərh edərək, son çempiona qarşı gərgin mübarizənin onları gözlədiyini bildirib. Qvardiola kuboka sahib olmanın yolunun Madrid təmsilçinin səddini aşmaqdan keçdiyini düşünür: “Əvvəllər bu missiyanı məhz “Barselona” yerinə yetirirdi. İndi isə çempionluğa iddia edən hər bir komanda başa düşür ki, bu yolda “Real”a qalib gəlmək məcburiyyətindədir”.

Qeyd edək ki, “Mançester Siti” “Real”la mayın 9-u və 17-də oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0