UEFA-nın C kateqoriyalı məşqçi kursları start götürüb
05.06.2024 - 23:44
UEFA-nın C kateqoriyalı məşqçi kursları start götürüb

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başlayıb.

Apasport.az xəbər verir ki, İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi ilk mərhələ iyunun 7-dək davam edəcək.

Kursun ikinci mərhələsi iyunun 18-dən 21-dək, üçüncü mərhələsi iyulun 2-dən 5-dək, dördüncü mərhələsi isə avqustun 19-dan 24-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0