“Murov Az Terminal” MOİK-i məğlub etdi
25.01.2024 - 10:14
“Murov Az Terminal” MOİK-i məğlub etdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Murov Az Terminal” klubu MOİK-i qəbul edib.

“Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıb və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub - 25:8, 25:18. Beləliklə, maraqlı mübarizədə keçən matçda “Murov Az Terminal” 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu oyundan sonra “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azerreyl”in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

24 yanvar

Yüksək Liqa (kişilər)

“Murov Az Terminal” - MOİK 3:1 (25:18, 23:25, 25:8, 25:14)

writer photo
Əlirza Əlirzalı
0