Joel Matip Fransa klubunun hədəfində
28.08.2023 - 22:24
Joel Matip Fransa klubunun hədəfində

Joel Matip karyerasını Fransada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, futbolçu “Renn”in əsas transfer hədəfidir.

“Liverpul”un 32 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlar aparılır. Onun İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, Matip ötən mövsüm Premyer Liqada 14 oyunda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0