Libertadores kubokunun qrup mərhələsinin son turunda “Flamenqo” “Sportinq Kristal”ı qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, rusiyalı ekspert Yuri Usınin Braziliyadakı oyuna proqnoz verib.
Mütəxəssis meydan sahiblərinin qələbəsinə şübhə də etmir:
“Flamenqo” da, “Sportinq Kristal” da turnir cədvəlindəki durumunu yaxşı dərk edir. Braziliya klubu üçün son turun nəticəsi formal xarakter daşıyır. Komanda qrupda 1-ci yeri təmin edib.
Libertadores kuboku ilə vidalaşdığı dəqiqləşən Peru təmsilçisi Cənubi Amerika kubokuna düşmək üçün mübarizə aparır. Bunun üçün qələbə mütləqdir. Əks-halda isə qitə kuboklarındakı mövsüm başa çatacaq.
Meydan sahiblərinin kifayət qədər asan qələbə qazanacağı ehtimalı çox yüksəkdir. Belə deməyə ilk növbədə komandalar arasında böyük səviyyə fərqi əsas verir. İkincisi isə braziliyalılarda hər hansı təzyiq olmayacaq. Üçüncüsü, braziliyalılar əla formadadır və son 4 matçın üçündə qol buraxmayıb, 8 qarşılaşmanın altısında ən azı 2 top vurub.
Bukmekerlər qonaqlara heç güvənmir. Bunu əmsallar da göstərir. Ona görə də “Flamenqo”nun sadəcə olaraq qələbəsi deyil, böyük hesabla qalib gələcəyini düşünürəm.
Proqnozum: “Flamenqo” 2 top fora ilə qalib gələcək.