“Fənərbaxça”lı futbolçuya gecə həyatına görə xəbərdarlıq
23.10.2023 - 20:03
“Fənərbaxça”lı futbolçuya gecə həyatına görə xəbərdarlıq

“Fənərbaxça”nın futbolçusu Brayt Osayi Samuel sanksiyaya məruz qalıb.

Apasport.az xəbər verir ki, İstanbul klubunda baş məşqçi İsmail Kartal 25 yaşlı müdafiəçinin özünə diqqət etməməsindən şikayətçidir.

Türkiyəli mütəxəssis Nigeriya millisinin də formasını geyinən oyunçunun çatışmazlıqları olduğunu düşünür: ”Onunla bu günlərdə ciddi söhbətim oldu. Əksik tərəfləri var. Onları tamamlaması lazımdır. Xüsusilə axşam gəzintilərini və gec saatlara qədər onlayn oyun oynamasını qəti qadağan etdim. Mənə bu kimi halların təkrarlanmayacağına dair söz verdi. Əgər dediklərimi edərsə dünya miqyasında bir futbolçu olacağını düşünürəm”.

Qeyd edək ki, bu mövsüm 13 matçda forma geyinən Osayi-Samuel 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0