Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
03.02.2023 - 23:09
Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinq turniri davam edir.

Apasport.az xəbər verir ki, yarışın 3-cü günündə 5 güləşçimiz mübarizə aparıb. 

Təmsilçilərimizdən yalnız ukraynalı legioner Alyona Kolesnik fəxri kürsüyə qalxa bilib. 59 kq-da iştirakçı sayı az olduğundan, qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. İlk 3 görüşündə uduzan qadın güləşçimiz yekunda macarıstanlı Viktorya Borşoşa tuş fəndi ilə (rəqibin kürəyini döşəyə sıxmaqla vaxtından erkən qələbə) qalib gələrək bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0