Superkompüterdən finala proqnoz: Argentina, yoxsa Fransa?
16.12.2022 - 14:32
Superkompüterdən finala proqnoz: Argentina, yoxsa Fransa?

Qətərdə keçirilən DÇ-2022-nin final oyunu ərəfəsində komandaların çempionluq şansı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, superkompüter həlledici matçda üz-üzə gələcək iki yığmanın qızıl medal ehtimallarını hesablayıb.

Dekabrın 18-dəki görüşdə Argentina favorit hesab olunur. Lionel Messi və komandasının çempionluq şansı 53 faizlə dəyərləndirilir. Fransanın qalib olmaq ehtimalı 47 faizdir.

Qeyd edək ki, superkompüter yarımfinala düzgün proqnoz verib. O, Argentinanın Xorvatiyanı, Fransanın Mərakeşi keçəcəyini təxmin edib.
 

writer photo
Əlirza Əlirzalı
0