"Qəbələ"də 4 itki
07.04.2024 - 16:16
"Qəbələ"də 4 itki

"Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə "Zirə" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi bu matçda 4 oyunçusunun xidmətindən yararlana bilməyəcək.

Belə ki, Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qarşılaşma 16:30-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0