"Dinamo" bu dəfə Mahir Emreliyə ehtiyac duymadı
10.02.2023 - 22:59
"Dinamo" bu dəfə Mahir Emreliyə ehtiyac duymadı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatının XXI turunda qələbə qazanıb.

Apasport.az xəbər verir ki, Xorvatiyanın paytaxtında keçirilən matçda "Dinamo" "İstra 1961"ə 1:0 qalib gəlib.

Şimali makedoniyalı sağ cinah müdafiəçisi Stefan Ristovskinin 37-ci dəqiqədə vurduğu yeganə qol "Dinamo"ya 3 xal qazandırıb.

Qeyd edək ki, bu matçda Mahir Emreli ehtiyatda olsa da, meydana buraxılmayıb.

writer photo
Əlirza Əlirzalı
0