İsveçin "Yurqarden" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı komandasının iştirak ərizəsinə düşə bilməyib.
Apasport.az xəbər verir ki, milli futbolçu İsveç çempionatının III turunda “Sirius”la (2:0) qarşılaşmanı buraxıb.
Baş məşqçi Tomas Lagerlöf 21 yaşlı forvardla bağlı qərarını belə açıqlayıb: “Komandada yüksək rəqabət var. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Qurbanlının oynamaması, başqa hücumçunun iştirak etməsi sadəcə, rəqabətdən asılıdır”.
Qeyd edək ki, Musa Qurbanlı mövsümün ilk üç matçının cəmi birində meydana çıxıb.