De Xeaya iki əvəzləyici
25.08.2022 - 00:27
De Xeaya iki əvəzləyici

İngiltərə “Mançester Yunayted”i yeni qapıçı axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi David de Xeaya əvəzləyici gətirmək istəyir.

Mançesterlilər Bundesliqadan qolkiper almağı planlaşdırır. De Xeanı əvəzləməyə iki namizəd var. Bunlar “Ayntraxt”dan Kevin Trapp və Mönhenqladbax “Borussiya”sından Yan Zommerdir.

Qeyd edək ki, ötən mövsüm Trapp 46 oyunda 61, Zommer 36 matçda 63 qol buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0