50 milyonluq təklif
04.06.2022 - 00:00
50 milyonluq təklif

“Torino”nun futbolçusu Qleyson Bremer karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Tottenhem”in hədəfindədir.

London klubu onun üçün 50 milyon avro ödəməyə hazırdır. Premyer Liqa təmsilçisi keçidlə bağlı təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Bremer A seriyasının nəhənglərinin də maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0