Dembele zədələndi
24.09.2022 - 14:46
Dembele zədələndi

Fransa millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, son dünya çempionu Usman Dembelenin xidmətindən məhrum olub.

Zədələnən hücumçu komandanın məşqlərindən də kənar qalıb. 25 yaşlı forvard Danimarka ilə görüşü buraxacaq.

Qeyd edək ki, Millətlər Liqasının VI turunun Danimarka – Fransa matçı sabah baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0