UEFA, Çempionlar Liqasının “Bavariya” – “Qalatasaray” (2:1) oyununun hakimi ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu oyunun hakimi Antonio Nobrenin idarəçiliyindən şikayət edib.
“Aslanlar” 5 səhifəlik şikayət məktubu ilə UEFA İntizam komitəsinə müraciət edib. Xüsusilə matçın 8-ci dəqiqəsində alman klubunun hücumçusu Harri Keynin vurduğu qolda yanlışılıq olduğu sübuta yetirilib. Həmin epizodda yan xətt hakimi ofsayt bayrağını qaldırıb. Bu zaman VAR sistemində nasazlıq olduğu üçün vəziyyəti dəqiq təhlil etmək mümkün olmayıb. Yan xətt hakiminin qərarını diqqətə almayan portuqaliyalı ədalət təmsilçisi qolu qeydə alıb ki, bu da “Qalatasaray” klubunun etirazı ilə qarşılanıb.
Qeyd edək ki, iddialara görə komitənin qərarına əsasən Antonio Nobre bir daha Çempionlar Liqasında oyun idarə edə bilməyəcək.