Məşqçinin əlini sıxmadı – cəzalandı
26.10.2023 - 20:04
Məşqçinin əlini sıxmadı – cəzalandı

“Union Berlin” hücumçu Datro Fofananı bir həftə komandadan uzaqlaşdırıb.

Apasport.az saytı xəbər verir ki, səbəb futbolçunun əvəzetmə zamanı məşqçinin əlini sıxmamasıdır.

Hadisə Çempionlar  Liqasında “Napoli” ilə görüşdə baş verib. Baş məşqçi Ursu Fişer qərara belə açıqlama verib: “Futbol komanda idman növüdür. Hər bir idmançının davranışı önəmlidir. Əvəzetmə oyunun bir hissəsidir. Qərarlara hörmət etmık lazımdır”. 

Qeyd edək ki, Fofana oyunun 70-cı dəqiqəsində əvəzlənib. Oyunun “Napoli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0