Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bilindi
28.05.2024 - 13:10
Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri ilk görüşünü iyunun 2-də keçiriləcək.

Həmin gün Belçika ilə görüş saat 13:00-da başlayacaq. Yığmamız ertəsi gün saat 19:00-da İtaliya ilə üz-üzə gələcək.

Qrupdakı son qarşılaşma isə Fransaya qarşı olacaq. İyunun 4-də reallaşacaq matç saat 19:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0