DÇ-2022: 16 illik həsrətə son
25.11.2022 - 09:22
DÇ-2022: 16 illik həsrətə son

Portuqaliya yığması son 16 ildə ilk dəfə dünya çempionatına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, bu, DÇ-2022-nin qrup mərhələsində Qana ilə oyuna (3:2) təsadüf edib.

Portuqaliyalılar buna qədər sonuncu dəfə DÇ-2006-nın ilk matçında Anqolanı məğlub edə (1:0) bilmişdi. Avropa təmsilçisi CAR-da keçirilən DÇ-2010-a Fil Dişi Sahili ilə qolsuz bərabərliklə başlayıb. Komanda DÇ-2014-ün ilk oyununda Almaniyaya 0:4 hesabı ilə uduzubsa, 2018-ci ildə Rusiyada təşkil olunan mundiala İspaniya ilə heç-heçə edərək (3:3) start götürüb.

Qeyd edək ki, Portuqaliya yığması qrup mərhələsində növbəti oyununu noyabrın 28-də Uruqvaya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0