"Bavariya"dan yeni müqavilələr
28.11.2023 - 23:11
"Bavariya"dan yeni müqavilələr

“Bavariya” qapıçıları ilə müqavilələri yeniləyib.

Apasport.az xəbər verir ki, Münhen klubu Manuel Noyer və Sven Ulreyxlə razılaşmanın müddətini 2025-ci ilin yayına kimi artırıb.

37 yaşlı Manuel Noyer 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Son illər tez-tez zədələnməsi ilə gündəm olan qolkiper bu mövsüm 6 matçda iştirak edib.

2021-ci ilin yayında “Hamburq”dan “Bavariya”ya keçən Sven Ulrixin isə 35 yaşı var. Əlcək sahibi davam edən mövsümün 12 matçında çərçivəni qoruyub. 

writer photo
Əlirza Əlirzalı
0