Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ
08.03.2023 - 14:57
Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ

“Səbail”in futbolçusu Qustavu Fransanın apasport.az saytına müsahibəsi 

- "Sumqayıt"la matçda haqda fikrin necədir? Səncə, nəyə görə məğlub oldunuz?
- Oyunun çətin keçəcəyi bəlli idi. Çünki hər iki komanda yuxarıya qalxmaq niyyətindədir. Əslində, biz oyuna yaxşı başlamışdıq. Ancaq 15 dəqiqədən sonra komanda təşkilatlanmış oyunu itirdik. Rəqib oyuna daha yaxşı nəzarət etdi. Halbuki, biz bu matçda qalib gəlmək istəyirdik. 

- Oyunu heç-heçə ilə başa vurmaq mümkün deyildi?
- İkinci hissədə matçın gedişatını yaxşılaşdıracaq yanaşmaq tapmışdıq. Amma qırmızı vərəqə işimizi çətinləşdirdi. Yoxsa, biz daha yaxşı ola bilərdi.  

- İkinci hissədə baş hakim səni qırmızı vərəqə ilə cəzalandırdı. Həmin epizodu necə şərh edərdin?
- Həmin epizodla bağlı nə deyə bilərəm ki? Orada qırmızı vərəqə yox idi.

- Ümumiyyətlə, bu epizodda qırmızı vərəqə ilə cəzalandırılacağını ehtimal edirdin? İlk dəfə deyil ki, qırmızı vərəqə ilə cəzalandırılırsan. Ümumiyyətlə, Azərbaycanda hakimlik və VAR sisteminin işini necə dəyərləndirirsən?
- Mən hakimlərlə bağlı danışmaq istəmirəm. Çünki onlar haqda danışmaq mənim işim deyil. Ancaq qısa olaraq, onu deyə bilərəm ki, hamı gördü ki, həmin epizodda qırmızı vərəqəlik heç nə yox idi. Ümid edirəm ki, hakimlərin əleyhimizə verdiyi bu cür qərarlar dayandırılacaq. 

- "Səbail" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu matçda yəqin ki, meydanda olmaq istəyərdin? Matçla bağlı nə düşünürsən?
- Biz hər oyuna yaxşı və ciddi hazırlaşırıq. Çünki meydana çıxanda maksimum xallar toplamağa çalışırıq. “Qarabağ”la görüşdə də bu, dəyişməyəcək. Doğrudur, rəqibimizin kim olduğu və hansı gücə malik olması bəllidir. Lakin biz bu oyunda da meydana uğurlu nəticə üçün çıxacağıq.

- "Qarabağ"la matçda "Səbail" nəyin hesabına xal və ya xallar qazana bilər?
- Rəqibin kimliyinin fərqi yoxdur. Biz mövqeyimizi yaxşılaşdırmaqdan ötrü bütün matçlarda xal və ya xallar qazanmalıyıq. Bayaq ona görə dedim ki, “Qarabağ”la görüşdə də məqsədimiz dəyişməyəcək. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

writer photo
Əlirza Əlirzalı
0