Azərbaycanda işləyən mütəxəssis “Şaxtyor”un baş məşqçisi təyin olunub
24.10.2023 - 21:15
Azərbaycanda işləyən mütəxəssis “Şaxtyor”un baş məşqçisi təyin olunub

“Şaxtyor”un yeni baş məşqçisinin adı dəqiqləşib.

Apasport.az saytı xəbər verir ki, komandaya Marino Puşiç başçılıq edəcək.

Bosniyalı mütəxəssislə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Puşiç oktyabrın 16-da istefa verən Patrik Van Leueni əvəz edəcək.

Puşiç məşqçi karyerasına “Vitess”in (2010-2013) akademiyasında başlayıb. O, “Breda” (2013-2014), “İnter” (Azərbaycan, 2015), “Tvente” (2015-2018), “Alkmaar” (2019-2021), “Feyenoord” (2021-2023) klublarında baş məşqçinin köməkçisi işləyib. Puşiç yalnız bir mövsüm baş məqşçi kimi fəaliyyət göstərib. Bosniyalı mütəxəssis “Tvente”yə (2018-2019) başçılıq edib.

writer photo
Əlirza Əlirzalı
0