Məğlubedilməz "Mançester Siti"
31.12.2023 - 10:53
Məğlubedilməz "Mançester Siti"

“Mançester Siti” maraqlı nəticəyə imza atıb.

Apasport.az xəbər verir ki, “şəhərlilər” 2023-cü ildə evdə keçirdiyi matçların heç birində məğlub olmayıb.

Pep Qvardiolanın yetirmələri 2023-cü ilin son matçında dünən “Şeffild Yunayted”i qəbul edib. Komanda dogma meydandakı görüşdən 2:0 qalib ayrılıb.

Qeyd edək ki, Mançester təmsilçisi son dəfə “Etihad”da 12 noyabr 2022-ci ildə “Brentford”a 1:2 hesabı ilə məğlub olub. Komanda 2023-cü ildə bütün turnirlərdə evdə 28 qarşılaşma oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0