Mourinyo komandasına ispaniyalı forvard transfer etmək istəyir
26.06.2024 - 13:08
Mourinyo komandasına ispaniyalı forvard transfer etmək istəyir

İspaniya millisinin və "Atletiko Madrid"in mərkəz hücumçusu Alvaro Morata yay "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, 31 yaşlı hücumçu Türkiyə çempionatına keçə bilər.

"Fənərbaxça"nın yeni baş məşqçisi Joze Mourinyo ispaniyalı ilə maraqlanır. Potensial transfer məbləği 15 milyon avro olaraq qiymətləndirilir.

Ötən mövsüm La Liqada Alvaro 32 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0