Premyer Liqada mayın iki turunun cədvəli açıqlandı
18.04.2023 - 10:25
Premyer Liqada mayın iki turunun cədvəli açıqlandı

Misli Premyer Liqasının mayda keçiriləcək ilk iki turun oyun cədvəli açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, XXXIII və XXXIV turun hər ikisinin matçları üç günü əhatə edəcək 

Bu görüşlər mayın 5-7-də və 12-14-də keçiriləcək. Qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyi və stadion 33-cü turun oyununa hazır olmayacağı üçün “Kəpəz” – “Sabah” oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.Misli Premyer Liqası
XXXIII tur
5 may (cümə)
“Kəpəz” – “Sabah”

Qəbələ şəhər stadionu, 18:00

6 may (şənbə)
“Şamaxı” – “Zirə”

Şamaxı şəhər stadionu, 16:30

“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 19:00

7 may (bazar)
“Turan Tovuz” – “Neftçi”

Tovuz şəhər stadionu, 16:30

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 19:00
 

XXXIV tur
12 may (cümə)
“Zirə” – “Kəpəz”

Zirə İK stadionu, 19:00

13 may (şənbə)
“Səbail” – “Qarabağ”

“ASCO Arena”, 20:30

“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 18:00

14 may (bazar)
“Sumqayıt” – “Sabah”

“Kapital Bank Arena”, 18:00

“Neftçi” – “Şamaxı”
“Bakcell Arena”, 20:30

writer photo
Əlirza Əlirzalı
0