Kvaratsxeliya Ronaldonu basketbolçu ilə müqayisə etdi
29.12.2022 - 22:15
Kvaratsxeliya Ronaldonu basketbolçu ilə müqayisə etdi

“Əlbəttə, Messi fantastik oyunçudur və onun oyununu görmək həmişə xoşdur. Amma mən hələ də Kriştianunu futbolun Karisi hesab edirəm".

Apasport.az xəbər verir ki, bunu "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya deyib.

Millimizdə çıxış etmiş Badri Kvaratsxeliyanın oğlu olan gürcü futbolçu Kriştianu Ronaldonu amerikalı basketbolçu Stefen Kari ilə müqayisə edib: "Uşaqlığım boyu bu futbolçuya köklənmişəm və indi də davam edirəm. Nə qədər ki, o, futboldadır, mən də ona dəstək olacağam”.

writer photo
Əlirza Əlirzalı
0