Flik Bundestimdən qovuldu
10.09.2023 - 16:43
Flik Bundestimdən qovuldu

Almaniya yığmasının baş məqçisi Hans-Diter Flik istefaya göndərilib.

Apasoprt.az saytı xəbər verir ki, bunan səbəb komandanın uğursuz nəticələr göstərməsidir.

AVRO-2024-də evsahibliyi edəcək Almaniya seçmə mərhələsindən azad olduğu üçün yoxlama oyunlarında qüvvəsini sınayır. Bundestim son olaraq dünən Yaponiya yığması ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Almanlar keçirdikləri son beş görüşün yalnız birində heç-heçə oynayıblar. Dörd qarşılaşmada uduzan komanda ciddi tənqidlərə tuş gəlib. Amma təcrübəli müt.əxəssis fərqli düşününərək, hər şeyin qaydasında olduğunu bildirmişdi. Almaniya Futbol İttifaqı Flik və köməkçilərinə istefaya göndərib.

Qeyd edək ki, Almaniya millisi sentyabrın 12-də Fransa yığması qarşılaşacaq. Komandaya kimin başçılıq etməsi ilə açıqlama verilməyib
 

writer photo
Əlirza Əlirzalı
0